İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Fransa prezidenti Emmanuel Makronun gündəmə gətirdiyi “Ukraynaya qoşun yeridilməsi” ehtimalına qarşı çıxıb.
Elchi.az xəbər verir ki, Albares, İspaniya parlamentindəki “hökumətə suallar” iclasındakı çıxışında, “Təbii ki, Ukraynada ispan əsgərləri olmayacaq.
Çünki biz sülh istəyirik. İspaniya hökuməti Qəzzada və Ukraynada da eyni şeyi istəyir. “Sülh və beynəlxalq hüquqlara hörmət” deyib.
Şayəstə Hüseynova