"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Akula Akif”in gizli bank kodları: talan edilən ölkə pulları

01 Dekabr 2015 - 13:38
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

“Akula Akif”in gizli bank kodları: talan edilən ölkə pulları

“MTN işi”nin yeni təfərrüatları

“Akula Akif”in evindəki axtarış zamanı gizli bank kodları üzə çıxarıb; ölkəyə talan pullarını saxlamaq üçün xüsusi konteynerlər gətirilibmiş.

Eldar Mahmudovun tutduğu vəzifədən uzaqlaşdırılması ilə böyük bir cinayətkar dəstənin dəhşətli əməlləri faş oldu. Hazırda MTN-in 19 sabiq vəzifəli şəxsi Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, 1 nəfər ev dustağı edilib, istintaqdan yayınan 1 şəxs barəsində axtarış elan edilib. Bu günə qədər istintaqdan yayınaraq axtarışda olan şəxsin kimliyi haqda məlumat verilmirdi. İstintaqa yaxın mənbələrdən daxil olan məlumata görə, iş üzrə axtarışda olan şəxs MTN-çi deyil.

Sabiq nazirin çevrəsində olan, iş adamı kimi tanınan “Akula” ləqəbli Akif Mustafayevdir. Məlumata görə, o, E.Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə uçub. A.Mustafayevin oradan da İspaniyaya getdiyi deyilir. Akif Mustafayevi tanıyanların sözlərinə görə, o, ayrı-ayrı iş adamları haqda MTN rəhbərliyinə lazımi bilgilər verib, onların qanunsuz olaraq dindirilməsində, istintaqa cəlb edilməsində iştirak edib. Sonradan həmin iş adamlarına öz “köməyini” təklif edib.

MTN zabitləri ilə iş adamlarının arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alıb. O da bildirilir ki, “Akula Akif” bu “xidmətlərindən” sonra MTN-in “əlindən qurtardığı” iş adamlarının biznesinə 20-30 faiz ortaq olurmuş. Onlara “krışalıq” edirmiş. Noyabrın 1-də hüquq-mühafizə orqanlarının əməkdaşları Akif Mustafayevin Bakıdakı evində axtarış aparıb.

Daxil olan məlumatda bildirilir ki, “Akula Akif” ölkədən qaçmazdan əvvəl banklardakı hesablarının kodlarını, xüsusi açarları da gizlətməyə imkan tapıb. Onun evində axtarış aparılarkən xeyli qızıl-zinət əşyaları, daş-qaş və külli miqdarda pul müsadirə edilib. Mənzildə axtarış zamanı “Akula Akif”in unutduğu bir bankdakı seyfin açarı və kodu aşkarlanıb. Hüquq-mühafizə orqanları həmin seyfdən xeyli brilyant, qızıl, Bakıda və respublikanın bir çox yerlərində mülklərin sənədləri aşkarlanıb. Seyfdə aşkarlanan brilyant və qızıllar, sənədlər götürülüb.

“Akula Akif”in gizli bank kodları: talan edilən ölkə pulları

Cəmiyyətdə müzakirə predmeti olan məsələlərdən biri də sabiq MTN rəhbərliyinin demək olar ki, kütləvi şəkildə məsuliyyətə cəlb edildiyi bir zamanda hələ də bu qurumda müavin vəzifələrində təmsil olunan bəzi şəxslərin – Hilal Əsədov və Nizaməddin Həmidovun öz vəzifələrində qalmalarıdır.

“Akula Akif”in gizli bank kodları: talan edilən ölkə pulları

Tanınmış hüquqşünas Müzəffər Baxış deyib ki, H.Əsədov və N.Həmidovun işdən azad edilməməsi anlaşılmazdır və yalnız Azərbaycan reallığı ilə izah edilə bilər: “Əslində adları çəkilən hər iki şəxs haqda, xüsusilə də Hilal Əsədov barəsində KİV-də konkret şəxslər tərəfindən ciddi və əsaslı ittihamlar səsləndirilib. Mənim yadımdadır ki, ”Karvansaray” ticarət mərkəzində işçilərin başına gətirilən oyunlarda Hilal Əsədovun bilavasitə iştirak etməsi ilə bağlı ittihamlar var idi. Düşünürəm ki, bu şəxslərin bu günə qədər öz vəzifələrini icra etməsi Azərbaycan reallığı ilə bağlıdır. Hesab edirəm ki, Hilal Əsədov və Nizaməddin Həmidovu siyasi hakimiyyətdə kimsə müdafiə edir. Əks halda, onlar bu vəzifədə qala bilməzdilər. Bu şəxslərə qarşı irəli sürülən ittihamlar o qədər əsaslı və inandırıcıdır ki, düşünmürəm ki, onlar öz vəzifələrində sona qədər duruş gətirsinlər.

“Akula Akif”in gizli bank kodları: talan edilən ölkə pulları

MTN-də rəhbərliyin özünün başçılıq etdiyi mütəşəkkil cinayətkar təşkilat fəaliyyət göstərib. Mən tam məsuliyyətlə deyirəm ki, orada çalışan demək olar ki, bütün işçilər mütəşəkkil dəstənin təsiri altında olub. Bu, mümkün deyil ki, MTN-də mütəşəkkil dəstənin başında rəhbərliyin özü dayansın, kimsə də həmin dəstənin qanunsuz göstərişlərini icra etməsin.

Bu, Azərbaycan reallığında mümkün olmayan bir işdir. Ola bilsin ki, texniki sahədə çalışan hansısa ağıllı bir şəxs bu dəstə tərəfindən verilən hansısa göstərişi icra etməkdən yayınsın. Lakin tam məsuliyyətlə deyirəm ki, bütün əməliyyat işçiləri bu və ya digər şəkildə mütəşəkkil dəstənin qeyri-qanuni göstərişlərinin icrasında bilavasitə iştirak edib. H.Əsədov və N.Həmidov qeyri-qanuni göstərişlərin həm də bilavasitə icraçısı olublar. Ola bilsin ki, bu şəxslərin siyasi hakimiyyətdə bu və ya digər şəkildə dayaqları olduqları üçün hazırda öz vəzifələrində qalıblar. Yəqin ki, məhz bu səbəbdən onlar haqqında tədbir görülmür. Məndə məlumat var ki, prokurorluqda H.Əsədov və N.Həmidov haqda ciddi ittihamlar var. Lakin təəssüflər olsun ki, bu vaxta qədər həmin şəxslərlə bağlı ittiham verilməyib. Əgər “MTN işi” çərçivəsində məsələlərə ədalətlə yanaşılacaqsa, o zaman bu şəxslərə qarşı da ittiham irəli sürüləcək”.

Bu arada “MTN işi” ilə bağlı daha bir maraqlı məlumat yayılıb. Həmin məlumata görə, “mahmudovçular” sahibkarları talamaqla əldə etdikləri sayı-hesabı bilinməyən pulları etibarlı şəkildə mühafizə etmək kimi problemlə üzləşiblər. Buna görə də sabiq MTN rəhbərliyi, vəziyyətdən çıxış yolu kimi maraqlı üsula əl atıb.

Belə ki, üst-üstə qalaqlanan tonlarla pulun nəmişlik və havasızlıqdan sıradan çıxmasını önləmək, onları bir neçə il sonra belə istifadə üçün yararlı vəziyyətdə saxlamaq üçün Avropa ölkələrindən birindən xüsusi valyuta konteynerləri sifariş edilib. Bank sektorunda istifadə edilən və kifayət qədər baha olan bu konteynerlərdə pulun uzunmüddətli mühafizəsi üçün xüsusi sistem mövcuddur və bu sistem ora yığılan pulların etibarlı şəkildə qorunmasını təmin edir.

Bilgili qaynağın sözlərinə görə, sabiq MTN rəhbəri E.Mahmudovun dönəmində Azərbaycana xeyli sayda bu cür konteynerlər gətirilib ki, hazırda həmin konteynerlərin harda olması, onların içərisində nə qədər vəsaitin cəmləşməsi məlum deyil. Hələlik məlum olan bir şey varsa, bu da yerlərdə gizlədilən bu konteynerlərin istintaq qrupu tərəfindən aşkara çıxarılacağı günü gözləməsidir.\pia.az\

Previous Post

“Akula Akif”in gizli bank kodları: talan edilən ölkə pulları

Next Post

Cəhalətdən xəyanətə gedən yol

Bənzər yazılar

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

04 Sentyabr 2026 - 15:42

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) Ermənistandan Avropa İttifaqına idxal olunan geniş çeşiddə məhsullara gömrük rüsumlarının müvəqqəti ləğv edilməsini təsdiqləyib....

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

04 Sentyabr 2026 - 14:16

Azərbaycana gətirilən nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilmənin güzəştli, sadələşdirilmiş qaydası müəyyənləşib. Elchi.az Trend-ə istinadla xəbər verir ki, bununla...

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə Elchi.az a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59

ABŞ-nin Florida ştatının Hillsboro qraflığında kiçik "Lancair Evolution" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. Elchi.az  "Fox 29"a istinadən xəbər...

Next Post

Cəhalətdən xəyanətə gedən yol

Cəhalətdən xəyanətə gedən yol

Son xəbərlər

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakı metrosunda ötən ay 18 milyondan çox səfər qeydə alınıb

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

04 Sentyabr 2026 - 18:14
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.