"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Akif Çovdarov içəridə özünü necə öldürə bilər?

15 Oktyabr 2016 - 09:32
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Akif Çovdarov içəridə özünü necə öldürə bilər?Ekspert: “Son zamanlar o, hüquqi, və məntiqi baxımdan gülünc bəyanatlar verir”

Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, ləğv edilmiş MTN-in həbsdəki generalı Akif Çovdarovun özünə qəsd etməməsi üçün ona ciddi nəzarət edilir. Bu barədə məlumatı A. Çovdarovun vəkili Kamandar Nəsibov yayıb. 
K. Nəsibovun sözlərinə görə, Akif Çovdarov ona deyib ki, həm Penitensiar Xidmət, həm də Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin rəhbərliyi onun səhhətinin kəskin dərəcədə ağır olduğunu və hər an ölə biləcəyini çox gözəl bilir: “Yeganə nəzarətdə saxlanılan məsələ mənim özümə qəsd etməyim və ya xəsarət yetirməyimlə bağlıdır. Nəzarət edirlər ki, buna imkan verməsinlər. Bu səbəbdən də daim təcridxananın əməkdaşları tərəfindən nəzarətdə saxlanılıram”, – deyə Çovdarov vəkilinə bildirib.
Bəs Akif Çovdarov içəridə özünə necə qəsd edə bilər, bundan ötrü onun hansısa imkanı varmı?
Bəllidir ki, hər il dünyada minlərlə insan intihar etməklə öz həyatına son qoyur. Lakin azadlıqdan fərqli olaraq, təcridxanada vəziyyət başqadır. Belə ki, təcridxanada  saxlanılan şəxsin özünə xəsarət yetirməsinin qarşısını almaq üçün bütün məsələlər incəliklərinə qədər düşünülüb. Bununla belə, həbsxanada da canına qəsd etmək istəyən insanlar az deyil. Onlar əksər hallarda ya başlarını divara vururaq, ya da müxtəlif növ kəsici vasitə ilə həyatlarına son qoyurlar.
Image result for Mahmud Hacıyev
Bu barədə “Yeni Müsavat”a danışan sabiq polis rəisi Mahmud Hacıyev bir sıra məqamlara toxundu. M. Hacıyev bildirdi ki, generala nəzarət, normalda sıravi dustaq üzərindəki nəzarətdən fərqli olmalıdır: “İlk olaraq onu deyim ki, özünü öldürmək istəyən adam bunu bir yol tapıb edir. Yəni bunu o, öncədən elan etmir. Həbsxana, təcridxana işçilərini buna görə günahlandırmaq da olmaz. Sadəcə olaraq, əgər intihar hadisəsi və ya buna cəhd  baş verirsə, xidməti təhqiqat aparılır. Təhqiqat əsasında onun nə ilə və necə intihar etməsi məsələsi araşdırılır. Bütün bu təhqiqatların nəticəsindən sonra rəhbərlik səviyyəsində ölçü götürülür. Bu hadisənin qarşısını almaq mümkün idimi, intihar predmeti orada olmalıydımı və digər bu kimi halların hamısı araşdırılır. Təhqiqat sonunda yazılan rəyin müzakirəsi zamanı məlum olsa ki, intiharın qarşısını almaq mümkünmüş, o zaman təcridxananın işçiləri inzibati qaydada cəzalandırılır. Hətta onların günahı daha çoxdursa, orqandan xaric edirlər. Belə hallar olub”.
Ekspertə görə, Akif Çovdarov həqiqətə uyğun olmayan açıqlamalar verir: “Ümumiyyətlə, Akif Çovdarov kimi dustaqlara qarşı xüsusilə nəzarət gücləndirilir. Akif Çovdarov son zamanlar hüquqi, məntiqi baxımdan gülüş doğuran bəyanatlar verir. Bir dəfə də bəyanat verdi ki, agentura şəbəkəsinin kimlərdən ibarət olduğunu açıqlayacam. Heç onların agentura şəbəkəsi mövcud deyil. Eldar Mahmudov və onun dəstəsi MTN-in məxfi əməliyyat şəbəkəsini məhv elədilər. Əgər onlar bunu iflic ediblərsə, hansı şəbəkədən söhbət  gedir? İndi də deyir ki, içəridə mənə nəzarət edirlər ki, özümü öldürməyim. Aydın məsələdir ki, bu adam pis-yaxşı general olub. Hazırda da məhkəmə prosesi gedir. Onun üzərində təbii ki, nəzarət olmalıdır. Xuliqanlığa görə saxlanılanla Akif Çovdarov üzərindəki nəzarət eyni ola bilməz”.
Image result for Əvəz Zeynallı
 
1 il 6 ay  Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əvəz Zeynallı da oradakı vəziyyətlə bağlı danışdı. O da bildirdi ki, bir adam istərsə, hər yerdə özünü öldürə bilər: “O cümlədən Kürdəxanıda. Ancaq  təbii ki, orada sistem elədir bir az nəzarət olarsa, özünü öldürmə imkanları minimuma enir. Çünki hər kameranın nəfəsliyi var və oradan 24 saat nəzarət olunur. Eyni zamanda təbii ki, Akif Çovdarov otaqda tək qalmır. Yəni onun otaq yoldaşları da intihar etməsinə mane ola bilər. Lakin özünü öldürmək istəyən adamın da qarşısını almaq olmaz. Gecə yatanda damarını dişi ilə kəsər, qanını axıdar özünü öldürər. Bunu da heç kim öncədən bilməz. Görünür ki, Akif Çovdarovda  özünü öldürmə hissi hələ bir o qədər də irəli getməyib”.
 
Ə. Zeynallıya görə, içəridə pəncərədən insanın özünü asması mümkün deyil: “Kürdəxanıda pəncərədən özünü asmaq çox çətindir. Akif Çovdarov özü cüssəli adamdır. O tip adamların pəncərə vasitəsi ilə özünü asması mümkün deyil. Oradakı pəncərələr qurşaqdan aşağıdır. İlqar Əliyevin özünü asdığı zaman da demişdim ki, bu, sadəcə olaraq, nağıldır. O tip yerlərdə 15 dəqiqədə adam özünü öldürə bilməz. Normal nəzarətdə bunu etmək mümkün deyil”.
 
Yada salaq ki, ötən ilin dekabr ayında Bakı İstintaq Təcridxanasından (BİT) 2 gün fərqlə 2 dustaq – ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Anti-Terror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin və onun kamera yoldaşı olduğu deyilən Manaf Məmməd oğlu Paşayevin meyitləri çıxmışdı. 
Previous Post

Akif Çovdarov içəridə özünü necə öldürə bilər?

Next Post

Putin İrəvanda KTMT-ya rəhbər seçməkdən imtina etdi

Bənzər yazılar

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44

Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Bizim ölkəmizdə İslam dininin dəyərləri ilə yanaşı, digər dinlərlərin də dəyərləri qorunur, hörmətlə...

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41

Azərbaycanın Baş naziri Əli Əsədov Mərakeşin hökumət başçısı postuna təyin olunması münasibətilə Fatimə Əzzəhra Əl-Mənsurini təbrik edib. Elchi.az xəbər verir...

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39

Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına...

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35

Böyük Britaniya Tehranı ölkənin təhlükəsizliyinə təhdidlər yaratmaqda ittiham edərək İranın səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb. Elchi.az Böyük Britaniya hökumətinə...

Next Post

Putin İrəvanda KTMT-ya rəhbər seçməkdən imtina etdi

Putin İrəvanda KTMT-ya rəhbər seçməkdən imtina etdi

Son xəbərlər

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib

ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib

12 Oktyabr 2026 - 20:33
Merz ABŞ və Rusiya arasında yanacaqla bağlı razılaşmaya münasibət bildirib

Merz ABŞ və Rusiya arasında yanacaqla bağlı razılaşmaya münasibət bildirib

12 Oktyabr 2026 - 19:28
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

12 Oktyabr 2026 - 19:20
Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

12 Oktyabr 2026 - 19:11
Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib – YENİLƏNİB

Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib – YENİLƏNİB

12 Oktyabr 2026 - 18:56
Zelenski: Ukraynada seçkilər mümkün deyil

Zelenski: Ukraynada seçkilər mümkün deyil

12 Oktyabr 2026 - 18:43
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb

12 Oktyabr 2026 - 18:35
Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir – VİDEO

12 Oktyabr 2026 - 18:26
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

12 Oktyabr 2026 - 18:19
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

12 Oktyabr 2026 - 17:57
Düyüdəki gizli təhlükə!

Düyüdəki gizli təhlükə!

12 Oktyabr 2026 - 17:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.