Akar: “3585 terrorçu zərərsizləşdirilib”

34

“Türkiyə Silahlı Qüvvələri bu ilin əvvəlindən indiyədək 3585 terrorçunu zərərsizləşdirib”.

Elchi.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, 2015-ci ildən bəri İraq və Suriyanın şimalında 36 854 terrorçu məhv edilib: “Noyabrın 19-da başlanan “Pəncə-Qılınc” əməliyyatı son dövrlərdə terrorçulara qarşı təşkil edilmiş ən genişmiqyaslı əməliyyatdır”.

H.Akar bildirib ki, Türkiyə ordusu “sərhəd namusdur” prinsipi ilə terrorçulara qarşı mübarizəni davam etdirir: “Daxildə və sərhədlərdən kənarda terrorçuları məhv etməyə davam edirik. Sərhədlərimiz 7 gün, 24 saat qorunur”.