İran Rusiyaya hərbi pilotsuz uçan aparatlarının tədarükü ilə bağlı hesabatların dərcindən sonra məsələni araşdırmaq üçün Ukrayna tərəfi ilə ekspert görüşü keçirib.
Elchi.az bu barədə Armenpress.am-a istinadən xəbər verir.
Qərb ölkələri iddia edir ki, İran hazırda Rusiyaya Ukraynada döyüş əməliyyatları üçün PUA-lar verir. Moskva və Tehran isə ittihamları rədd edib. İranın xarici işlər naziri Əmir Abdullahiyan bəyan edib ki, Tehran Ukraynada hərbi əməliyyatların başlamasından bir neçə ay əvvəl Rusiyanı pilotsuz təyyarələrlə təmin edib.
Abdullahiyan həmçinin bildirib:
“Bu gündən etibarən İran və Ukrayna müdafiə mütəxəssislərinin birgə fəaliyyəti ilə mühüm addımlar atılır və bu məsələ ilə bağlı anlaşılmazlıqlar aradan qaldırılana qədər müzakirələr davam edəcək. İran hesab edir ki, iddia edilən PUA-larla bağlı anlaşılmazlıqlar Ukrayna ilə birgə əməkdaşlığı davam etdirməklə həll edilə bilər”, -deyə İran XİN başçısı qeyd edib.
Yeganə