AK Rumıniya və Bolqarıstanı Şengenə qəbul etmək istəyir

123

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı Avropa İttifaqı (Aİ) ölkələrini Rumıniya və Bolqarıstanı dərhal Şengenə qəbul etməyə çağırıb.

Elchi.az bu barədə TASS.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının audiovizual xidməti yayıb.

Leyen qeyd edib ki, Bolqarıstan və Rumıniya Şengenin bir hissəsi olduqlarını sübut ediblər, çünki onlar sığınacaq və repatriasiya sahəsində ən yaxşı təcrübələrin yaxşı nümunələrini təqdim edirlər.

Xatırladaq ki, aprel ayında Rumıniyanın baş naziri Nikolae Ciuca demişdi ki, Rumıniyanın Şengen zonasına qoşulması qərarı Avropa İttifaqının Moldova və Ukraynaya dəstəyini yaxşılaşdırmağa imkan verəcək.

Bundan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel bildirmişdi ki, Rumıniya Şengen zonasına daxil olmaq üçün bütün meyarlara cavab verir və 2023-cü ildə ona qoşula bilər.

Yeganə