İngiltərə Xarici İşlər Naziri Cleverly Türkiyə xarici işlər naziri Fidan ilə keçirdiyi birgə mətbuat konfransında “Türkiyə Böyük Britaniya üçün əvəzolunmaz tərəfdaşdır” açıqlamasını verib.
Elchi.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb. Görüşdən sonra iki ölkənin nazirləri birgə mətbuat konfransı keçiriblər.
İngiltərə Xarici İşlər Naziri Kleverli verdiyi açıqlamada: “Türkiyə Birləşmiş Krallıq üçün əvəzolunmaz tərəfdaşdır. Bu, bizim ümumi təhlükəsizliyimiz və rifahımız üçün çox vacibdir. Bu, Avropa və region üçün vacibdir və bütövlükdə dünya üçün son dərəcə vacibdir. ”
Nuranə Məmmədova