Aİ Yunanıstanı tənqid edib

100

Sahil təhlükəsizlik əməkdaşlarının miqrantları motorsuz qayıqla Egey dənizinin ortasına aparmasından sonra Avropa İttifaqı (Aİ) Komissiyası Yunanıstanı növbəti dəfə tənqid edib.
Elchi.az xəbər verir ki, Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohansson Politico media təşkilatına müsahibəsində New York Times qəzetinin dərc etdiyi görüntüləri dəyərləndirib.
Bunun geri çəkilməkdən daha pis olduğunu deyən Yohansson, “Videolarda görünən şey deportasiyadır” deyib.
Yohansson görüntülərə şübhə etmək üçün heç bir səbəb olmadığını deyib: “Əgər bu, göründüyü kimi doğrudursa, bu, qətiyyən qəbuledilməzdir”.
Yunanıstan hökumətindən izahat tələb edən Yohansson deyib:
“Onlar keçən yay mənə söz vermişdilər ki, müstəqil monitorinq mexanizmi yaradacaqlar, lakin bu, hələ də baş tutmayıb. İndi görüləsi ilk şey müstəqil Yunanıstan orqanının bunu araşdırması və nə baş verdiyini öyrənməsidir”.


“New York Times” qəzetində dərc olunan görüntülərə görə, aralarında qadın və uşaqların da olduğu 12 sığınacaq axtaran şəxs xizək maskası taxan insanlar tərəfindən ağ mikroavtobusda uzaq bir nöqtəyə aparılır, sonra isə Lesbos adasında şişmə qayığa mindirilir. Daha sonra qayıq onları Yunanıstan sahil mühafizə gəmisinə köçürür.

 

Şayəstə Hüseynova