“Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur və Şimali Atlantika Alyansının ölkədə nümayəndəliyinin açılması ilə bağlı qərar hələ verilməyib”.
Elchi.az-ın Armenpress.am-a istinadən verdiyi məlumata görə, bunu Yaponiyanın baş naziri Fumio Kişida parlamentin yuxarı palatasının plenar iclasında deputatların suallarını cavablandırarkən bildirib.
“Yaponiyanın NATO-ya nə daimi üzv, nə də assosiativ üzv kimi daxil olmaq planları yoxdur”.
Alyansın Yaponiyada nümayəndəliyinin açılmasının mümkünlüyünə toxunan hökumət başçısı qeyd edib ki, bu mövzu müzakirə olunur, lakin hələlik heç bir qərar verilməyib.
Eyni zamanda F.Kişida ölkəsinin hazırda beynəlxalq nizamın qarşısında duran çətin çağırışları nəzərə alaraq NATO-ya üzv dövlətlər və onların müttəfiqləri ilə əməkdaşlığı gücləndirəcəyini vurğulayıb.
Yeganə