Avropa İttifaqı və NATO Avropanın kritik infrastrukturunu qorumaq üçün işçi qrupu yaratmaq niyyətindədir.
Elchi.az Ria Novostiyə istinadən bildirir ki, bu qərar “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə hücumlardan sonra verilib.
“Bu, yeni əməkdaşlıq sahəsidir. Biz infrastrukturumuzun qorunmasında əməkdaşlığı gücləndirməliyik. Biz “Şimal axını”nda təxribatın şahidi olduq, bu yeni təhlükə növü ilə üzləşməliyik”, – deyə Avropa Komissiyasının Prezidenti Ursula von der bildirib.
Onun sözlərinə görə, işçi qrup çərçivəsində ekspertlər kritik infrastruktura təhlükələri müəyyən edəcək və cavab tədbirləri təklif edəcək.
Sentyabrın sonunda “Şimal axını” qaz kəmərinin üç xəttində partlayışlar baş verib. Hadisəni araşdıran Almaniya, Danimarka və İsveç bunun məqsədyönlü təxribat olduğunu etiraf edib. Rusiya Federasiyasının Baş Prokurorluğu beynəlxalq aktla bağlı iş açıb. Rusiya prezidenti Vladimir Putin hadisəni açıq-aşkar terror hücumu kimi qiymətləndirib.
Dekabrın sonunda Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, qaz kəmərlərinin təmiri mümkündür, lakin bunun üçün pul və vaxt lazımdır. Onun sözlərinə görə, təmirin vaxtını və nə qədər maliyyənin lazım olacağını hələlik təxmin etmək mümkün deyil.
Yeganə