ABŞ-ın Oklahoma ştatının Talsa şəhərində qan donduran hadisə baş verib. 12 yaşlı qız uşağı 9 yaşlı qardaşını öldürüb.
Elchi.az Haber Global-a istinadən bildirir ki, uşaqların valideynləri yuxarı mərtəbədə yatarkən 12 yaşlı qız 9 yaşlı qardaşını bıçaqlayıb.
Uşaq əməliyyat olunmaq üçün xəstəxanaya çatdırılsa da, təəssüf ki, dünyasını dəyişib.
Polis hadisə ilə bağlı açıqlamasında şübhəli uşağın nəzarətə alınaraq ailə mərkəzinə köçürüldüyünü açıqlayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Yeganə