Qərarın Şərqi Avropa ölkələrinin demarşına baxmayaraq verildiyi vurğulanır.
Elchi.az xəbər verir ki, Avropa İttifaqının səfirləri Ukraynadan Avropa İttifaqına malların, o cümlədən kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalının bir il müddətinə uzadılmasına səs verib. Bu barədə cümə günü, aprelin 28-də İsveçin Aİ Şurasına sədrliyi məlumat yayıb.
“Aİ-nin Daimi Nümayəndələr Komitəsi Assosiasiya Sazişi və Aİ-Ukrayna Dərin və Hərtərəfli Azad Ticarət Zonası çərçivəsində ticarətin yumşaldılmasını tamamlayan ticarətin liberallaşdırılmasının müvəqqəti uzadılması təklifini dəstəkləyib”, – İsveç sədrliyinin saytında deyilir.
Müvafiq qərarın bazarların Ukraynadan gələn ərzaqla dolu olmasına qarşı çıxan Şərqi Avropa ölkələrinin demarşına baxmayaraq qəbul edildiyi vurğulanır.
Şayəstə Hüseynova