Avropa İttifaqı (Aİ) administrasiyası Ennahda Hərəkatının lideri və parlamentin keçmiş sədri Rəşid əl-Qannuçinin saxlanılmasını və hərəkatın qərargahının bağlanmasını narahatlıqla izlədiklərini bildirib.
Elchi.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borell ofisi tərəfindən edilən açıqlamada Qannuçinin saxlanması ilə Tunisdə müxtəlif müxalifət qruplarından olan siyasi aktyorların həbsinə yeni bir həbs prosesinin əlavə edildiyi bildirilib.
Saxlanma prosesi ilə bağlı rəsmi məlumatın gözlənildiyi vurğulanan bəyanatda ədalətli mühakimə və müdafiə hüququna hörmət edilməsinə önəm verilməsi çağırışı edilib.
“Biz həmçinin plüralizmin əsas prinsipini vurğulayırıq. Bu elementlər demokratiyalar üçün vacibdir və Aİ-nin Tunislə tərəfdaşlığının əsasını təşkil edir”, – bəyanatda deyilir.
Tunisdə Ennahda Hərəkatının lideri və parlamentin keçmiş sədri Rəşid əl-Qannuşi dünən gecə təhlükəsizlik qüvvələrinin evinə basqın etdikdən sonra saxlanılıb.
Bundan əlavə, Ennahda Hərəkatının Qərargahı da axtarış üçün təhlükəsizlik qüvvələri tərəfindən boşaldılıb.
Yeganə