Avropa İttifaqı (Aİ) daimi nümayəndələr səviyyəsində Rusiyaya qarşı növbəti-9-cu sanksiyalar paketini razılaşdırıb.
Elchi.az-ın “Armenpress”-ə istinadən məlumatına görə, bu barədə Avropa İttifaqı sədrliyi məlumat yayıb.
“Aİ-nin daimi nümayəndələri Aİ-nin Ukraynaya davamlı dəstəyi çərçivəsində Rusiyaya qarşı sanksiyalar paketi üzrə prinsipial razılığa gəliblər. Bu, Çexiyanın Aİ-də sədrliyi zamanı razılaşdırılan və sabah yazılı prosedurla təsdiqlənəcək Rusiyaya qarşı üçüncü sanksiyalar paketidir”.
Yeganə