Avropa İttifaqı (Aİ) Rusiyanı “sürətləndirilmiş övladlığa götürmə” praktikası çərçivəsində qaçırılan uşaqları ailələrinə qaytarmağa çağırıb.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının demoqrafiya üzvü Dubravka Suica və Ukraynanın Sosial Siyasət naziri Oksana Jolnoviç Aİ-nin dönəm prezidenti İsveçin paytaxtı Stokholmda keçirilən “Ukraynalı uşaqların müdafiəsi və Aİ dəstəyi” mövzusunda yüksək səviyyəli toplantıdan əvvəl mətbuata açıqlamalar verib.
“Biz Rusiyanın hərbi cinayətlər siyahısına əlavə edilmiş ukraynalı uşaqların qanunsuz deportasiyasını və köçürülməsini qətiyyətlə pisləyirik. Biz Rusiyanı “sürətləndirilmiş övladlığa götürmə” adlanan işə son qoymağa və uşaqları Ukraynaya qaytarmağa çağırırıq”, – Suica deyib.
Təxminən 1,3 milyon ukraynalı uşağın Aİ-yə sığındığını qeyd edən Suica, Aİ-nin Ukraynaya uşaq baxımı islahatlarında dəstək verəcəyini və bunun üçün 10 milyon avro ayrıldığını bildirib.
Nuranə Məmmədova