İordaniya kralı Abdullahın oğlu vəliəhd Hüseyn dünən paytaxt Əmmanda Səudiyyə Ərəbistanından olan memar şahzadə Racva ilə ailə həyatı qurub.
Elchi.az xəbər verir ki, Kral toyuna dünyanın hər yerindən kral ailələrinin üzvləri qatılıb. İordaniyanın vəliəhd şahzadəsi Hüseyn və səudiyyəli memar “Racva Al Seif”in toyunda iştirak edən məşhur kral ailəsi üzvləri arasında Uels şahzadəsi Uilyam və onun həyat yoldaşı, İngiltərədən olan şahzadə Keyt də olub.
Zəhran sarayında baş tutan toyda 1700-dən çox qonaq iştirak edib və dünən İordaniya boyu milli bayram elan edilib .
Nuranə Məmmədova