Fevralın 23-də Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilməyib. Elchi.az bu barədə Reuters diplomatların bəyanatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, məhdudiyyətlərlə bağlı danışıqlar fevralın 24-də bərpa olunacaq.
Daha əvvəl, fevralın 22-də Aİ-nin onuncu anti-Rusiya sanksiyaları paketi ilə bağlı razılığa gələ bilmədiyi də bildirilmişdi.
Daha sonra ABŞ Dövlət Departamenti rəhbərinin müavini Viktoriya Nuland bildirib ki, Vaşinqton fevralın 24-də Rusiya əleyhinə yeni məhdudiyyətlər elan etməyə hazırlaşır. Onun sözlərinə görə, sanksiyalar Rusiya banklarına, eləcə də bir sıra Çin şirkətlərinə təsir edəcək.
Havar Şəfiyeva