Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, onlar Mərkəzi Asiyanın ən böyük ticarət və investisiya tərəfdaşları olan Qazaxıstanla əlaqələri dərinləşdirmək və möhkəmləndirmək istəyirlər.
Elchi.az xəbər verir ki, Borrell Qazaxıstanın paytaxtı Astanada rəsmi görüşlər keçirib.
Xarici işlər naziri Muxtar Tileuberdi ilə nümayəndə heyətləri arasında görüşlər keçirən Borrell daha sonra prezident Kasım Cömert Tokayev tərəfindən Akorda Prezident Sarayında qəbul edilib.
Tokayev bildirib ki, səfər ikitərəfli əməkdaşlığın gücləndirilməsi baxımından çox əhəmiyyətlidir.
Aİ ilə yüksək səviyyəli təmasları alqışladıqlarını deyən Tokayev, Qazaxıstan və Aİ arasında son dövrdə həyata keçirilən mühüm səfərlərlə ikitərəfli əməkdaşlığın bir çox sahələrində qarşılıqlı anlaşma əldə edildiyini vurğuladı.
Borrell isə Akordadakı görüşlərdən sonra nazir Tileuberdi ilə mətbuata açıqlamalar verib.
Aİ-nin Orta Asiyaya yatırdığı investisiyaların 60 faizinin hazırda Qazaxıstana gəldiyini bildirən Borrell, “AB Qazaxıstanın ən böyük ticarət və investisiya tərəfdaşıdır. Biz əlaqələrimizi daha da dərinləşdirmək və gücləndirmək istəyirik” dedi.
Şayəstə