"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ağır xəstəlikdən əziyyət çəkən aşıq: “Yenidən səhnəyə qayıtmaq istəyirəm” – FOTOLAR, VİDEO

04 Fevral 2016 - 01:23
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

Ağır xəstəlikdən əziyyət çəkən aşıq: “Yenidən səhnəyə qayıtmaq istəyirəm” - FOTOLAR, VİDEO
Mərhum Aşıq Xanların oğlu, 33 yaşlı aşıq Azər 3 ildir ki, “Hepatit” xəstəliyindən əziyyət çəkir. Onun ayağında fil xəstəliyi – kəşkin şiş aşkarlanıb. Həmçinin onda sürətli piylənmə gedir. Son günlər aşığın səhhəti daha da pisləşib və artıq yatağından dura bilmir. İki aşyazlı uşaq atası olan aşıq bildirir ki, xəstəliyin müalicəsi İsraildə mümkündür və müalicəsi 60 min dollara başa gəlir. 
Aşığa maddi yardım məqsədi ilə “Facebook”da “Aşıq Azərin müalicəsinə yardım edək” qrupu yaradılıb və onun üçün pul toplanmağa çalışılır.
Musavat.com olaraq biz də aşığı Badamdarda yerləşən evində ziyarət etdik. 3 ildir ki, xəstəlikdən əziyyət çəkən aşıq söhbətə səhhətindəki problemlərdən danışaraq, başladı: “Hazırda durumum pisdir. Çalışdım ki, hər şeyin öhdəsindən özüm gəlim. Ölkədəki və xaricdəki xəstəxanalarda yatmışam. Elə oldu ki, ayağımda şişkinlik əmələ gəldi, onu düzəldə bilmədilər. Şiş bəzən çəkilsə də, sonra yenidən geri qayıdırdı. Artıq ayağımdakı şiş yüksək həddə çatdı. Analizlərdə “Hepatit” çıxdı. Onu da öz gücümə müalicə etdirməyə çalışdım. İndi isə maddi durumum yetərli deyil. Dostlarım qərara gəldilər ki, xəstəliyimi ictimailəşdirək. Siz də çox sağ olun ki, gəlmisiniz. Durumumu ictimailəşdirən xəbər portallarına təşəkkür edirəm”.
– Ötən gün millət vəkili  Qənirə Paşayeva sizi ziyarət edib. O, musavat.com saytına açıqlamasında bildirib ki, müayinə olunmaq üçün xəstəxanaya aparılacaqsınız?
– Qənirə xanım baş çəkməyə gəlmişdi, qeydlərini götürdü. İnşallah, yaxşı olar, qismətdir. Fevralın 3-də müayinə olunmaq üçün xəstəxanaya aparılacağam. Müayinədən sonra yəqin ki, xəstəxanaya yerləşdiriləcəyəm.
– Müalicəniz İsraildə mümkündür və bunun üçün 60 min dollar lazımdır. İsraildə müalicənizin mümkün olduğunu sizə yerli, yoxsa xarici həkimlər bildirib?
– Burada İsrailin xəstəxanası var. Bu rəyi onlar veriblər. Məbləğ əldə olunana kimi Bakıda müalicə olunacağam. Gərəkli məbləğ yığılsa, İsrailə göndəriləcəm.
– “Hepatet”dən əziyyət çəkirsiz. Ayağınızda da fil xəstəliyi – kəşkin şiş aşkarlanıb, həmçinin, bədəninizdə sürətli piylənmə gedir. Həkimlər müalicəniz barədə nə deyirlər? Sağalmağınız nə qədər çəkəcək?
– “Hepatit”in müalicəsi 5 il çəkir. Ayağımda fil xəstəliyi var. Müayinədən sonra həkimlər nə qədər müddətə sağalacağımı deyəcəklər. Piylənmənin qarşısını almaq üçün cərrahiyə əməliyyatı olunmalıyam, mədəmi kiçiltməlidirlər. Xəstəliklər bir-birinə qarışdığı üçün  həkimlərə də çətinlik yaradır.
– Durumunuzu ictimailəşdirdikdən sonra Mədəniyyət Nazirliyi sizinlə əlaqə saxlayıb? 
– Qənirə xanım nazirliyə məlumat verib. Onlar da bildirdilər ki, aşığın durumu ilə  maraqlanarıq. İmkan dairəsində bu işlə məşğul olarıq.
– “Facebook” sosial şəbəkəsində sizə yardım məqsədi ilə “Aşıq Azərin müalicəsinə yardım edək” qrupu yaradılıb. Orada aktiv olan xanımla əlaqə saxladıq. O, bildirdi ki, sizin dostunuzdur, sizin adınıza hesab açmaq istəyir, lakin siz ona etibarnamə verməlisiniz. Bəzən insanlar “xeyriyyə məqsədi” adı ilə yardım etmək istəyələri aldadırlar. Ona görə də özünüz hesab açıb, mətbuatda və sosial şəbəkələrdə məlumat versəniz, insanlar doğru ünvana pul köçürərlər…
– Bəli, mənə də deyirlər ki, özüm hesab nömrəsi açım. İnşallah, müayinə üçün xəstəxanaya gedəndə banka gedib, hesab açdıracağam. Ondan sonra bu haqda mətbuata açıqlama verəcəyəm. O zaman yardım etmək istəyən insanlar rahatlıqla ürəklərindən keçən və gücləri çatan məbləği oraya köçürərlər.
– Müalicəniz üçün lazım olan məbləğ böyükdür. Fərdlərin köməkliyi ilə çətinliklə toplanar. Qənirə xanım da bildirib ki, sizə maddi cəhətdən dövlətin, iş adamlarının dəstəyi  mütləqdir…
– Dövlətdən, iş adamlarından mənə kömək etməsini istəyirəm. Çünki əl tutmaq Əlidən qalıb. Yenidən səhnələrə qayıtmaq istəyirəm. Hazırda yeriməyə, hətta oturmağa da çətinlik çəkirəm. Hər şey yardım edəcək insanlardan asılıdır. Kömək edənlər sağ olsun. İki azyaşlı övladım var. Evin tək qazanc gətirəni isə mənəm.
– Sənət dostlarınız sizə baş çəkirlərmi?
– Bəzi sənət yoldaşlarım gəlib, səhhətimlə maraqlanırlar. Ünsiyyətim olan çox  sənətçi, xalq artisti, aşıq var. Hələ ki, maraqlanan azdır. Gəlsələr də, gəlməsələr də sağ olsunlar.
Qeyd edək ki, Aşıq Azər müsahibədən sonra Bank Respublikada hesab nömrəsi açdırıb. Aşığa yardım etmək istəyən şəxslər üçün həmin nömrəni təqdim edirik:  
Bank Respublika kod – 380194401151751001 
Şəxsiyyətin seriya nömrəsi – 14040620
Onu da bildiririk ki, hesaba MİLLİ ÖN terminalları vasitəsilə istənilən yerdə  ödəniş etmək mümkündür.
Könül İbrahim,
https://youtu.be/1R_CzkQEAeg
Previous Post

Ağır xəstəlikdən əziyyət çəkən aşıq: “Yenidən səhnəyə qayıtmaq istəyirəm” – FOTOLAR, VİDEO

Next Post

“Gözümü açdım ki, başımın üstündə Kəmaləddin Heydərov dayanıb…” – Aqşin

Bənzər yazılar

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

22 Sentyabr 2026 - 18:13

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melaniya...

Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

22 Sentyabr 2026 - 15:43

“Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək....

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

22 Sentyabr 2026 - 15:16

Elchi.az Modern.az-a istinadən xəbər verir ki, bu, komitənin 2026-cı ilin payız sessiyası üçün təsdiqlənmiş iş planında əksini tapıb. Görüşün noyabr...

Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

22 Sentyabr 2026 - 14:47

Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır. Elchi.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına...

Next Post

“Gözümü açdım ki, başımın üstündə Kəmaləddin Heydərov dayanıb...” – Aqşin

“Gözümü açdım ki, başımın üstündə Kəmaləddin Heydərov dayanıb...” – Aqşin

Son xəbərlər

Sinqapurda avtobuslarda ictimai qaydanı pozanlar cərimələnəcək

Sinqapurda avtobuslarda ictimai qaydanı pozanlar cərimələnəcək

22 Sentyabr 2026 - 19:00
XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

XİN: Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır

22 Sentyabr 2026 - 18:51
Azərbaycan və Almaniya enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Azərbaycan və Almaniya enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

22 Sentyabr 2026 - 18:43
Bakıda 10 istiqamətdə sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakıda 10 istiqamətdə sıxlıq var – SİYAHI/YENİLƏNDİ

22 Sentyabr 2026 - 18:35
Seutada cinayətkarlıq 60% artdı: Səbəb qanunsuz miqrant axınıdır

Seutada cinayətkarlıq 60% artdı: Səbəb qanunsuz miqrant axınıdır

22 Sentyabr 2026 - 18:21
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

22 Sentyabr 2026 - 18:13
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı 50-ni ötüb

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı 50-ni ötüb

22 Sentyabr 2026 - 17:59
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

22 Sentyabr 2026 - 17:46
Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

22 Sentyabr 2026 - 17:35
Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

22 Sentyabr 2026 - 17:28
Bu qurumlar sabahdan distant iş rejiminə keçir

Bu qurumlar sabahdan distant iş rejiminə keçir

22 Sentyabr 2026 - 17:15
“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22 Sentyabr 2026 - 17:09
Portuqaliya səfirinin cəsədi Sofiyadakı iqamətgahında tapılıb

Portuqaliya səfirinin cəsədi Sofiyadakı iqamətgahında tapılıb

22 Sentyabr 2026 - 16:58
Rubio: Tramp Zelenski ilə “energetika barışığı”nı müzakirə edəcək

Rubio: Tramp Zelenski ilə “energetika barışığı”nı müzakirə edəcək

22 Sentyabr 2026 - 16:44
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı

Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı

22 Sentyabr 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.