"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Agentlik “Sarı gəlin”in İranda erməni mahnısı kimi təqdim edilməsinə münasibət bildirib

09 Yanvar 2026 - 16:56
in MƏDƏNİYYƏT
FacebookVatsap

Bu günlərdə İran İslam Respublikasının televiziya kanalında müğənni və bəstəkar Araz Torosyan (Araz Dare) Azərbaycan xalq mahnısı “Sarı gəlin”i erməni və fars dillərində ifa edib.

Bunu da oxuyun

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

Dərbənddə bu teatra Maqomayevin adı verildi

Əqli Mülkiyyət Agentliyindən Elchi.az-a verilən xəbərə görə, İranın bır sıra internet saytları ifa edilən Azərbaycan xalq mahnısı “Sarı gəlin”i erməni mahnısı kimi təqdim edib.

Bildirilib ki, Araz Torosyan “Sari gəlin” mahnısını özünün Youtube kanalında da “Sari Aghjik” erməni folklor mahnısı kimi paylaşıb.

Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi bəyan edib ki, “Sarı gəlin” xalq mahnısı Azərbaycan türklərinə məxsusdur.

“Agentliyin eksperti bəstəkar Cavanşir Quliyevin rəyinə görə, “Sarı gəlin” mahnısı “Şur” məqamında yazılıb. “Şur” məqamı Azərbaycan muğam sənətinin yeddi əsas məqamlarından biridir və milli musiqi məişətində ən çox istifadə olunur. Minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulub və tarix boyu bütün el şənliklərində ifa olunub. Janr etibarı ilə “Sarı gəlin” uzun havadır. “Uzun hava” türkdilli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarətin funksiyasını “Şur” muğamının “Şur-Şahnaz” şöbəsinə edilən modulyasiya icra edir. “Şur-Şahnaz” ancaq Azərbaycanda təşəkkül tapmış “Şur” dəsgahının əsas şöbələrindən biridir.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifi olduğu, bir sıra dillərdə nəşr olunmuş “Erməni yadelli nağılları” kitabında erməni ədəbi oğurluqları, o cümlədən “Sari gəlin” xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən faktların geniş təhlil olunduğu vurğulanıb: “Kitabda qeyd olunur ki, “1925-ci ildə Yerevanda Elm və İncəsənət İnstitutu yanında vəzifəsi xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi olan xüsusi bölmə yaradıldı. Bu bölməyə çoxsəsli klassik erməni musiqisinin banisi S.Komitasın (Soqomonyanın) şagirdi S.Məlikyan rəhbərlik edirdi. Çoxsaylı erməni tədqiqatlarında “Erməni musiqisinin dahisi” kimi təqdim olunan S.Komitasın özü isə 1959-cu ildə çapdan çıxmış “Ensiklopedik musiqili lüğət”ə uyğun olaraq, dini musiqi ilə aludəçilikdən savayı, üç mindən artıq mahnını yazıya köçürmüşdür ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. Yazıya köçürülmüş həmin xalq musiqisindən biri “Yes keza tesa” adı altında erməni xalq mahnısı kimi verilmiş çox gözəl qədim Azərbaycan mahnısı “Sarı gəlin”dir (“Etnoqrafik toplu”, c. 1, № 56). Başqa mahnılar sırasında o da S.Məlikyan tərəfindın Komitasın “Etnoqrafik toplusu”nda şərhlə nəşr olunmuşdur. Bu kompilyasiya “SSRİ xalqları musiqisi tarixi”- ndə (c. 1, 1970) qeyd edildiyi kimi, sonralar bəstəkar K. Zaxaryanın işləməsində (təxminən ötən əsrin 30-cu illərində) verilmişdir. Bu musiqi oğurluğunun təkrarlanması ilə indi də qarşılaşırıq: həm müxtəlif xarici televiziya kanallarında, həm də xarici mətbuatda arabir sezdirilir ki, bu, “erməni xalq mahnısı”dır. Misal üçün, bu yaxınlarda “Avropa musiqi toplusu” tərtib olunarkən ermənilər bu musiqi incisini növbəti dəfə erməni mahnısı kimi keçirməyə nail olmuşlar. İnanılmazdır, ancaq faktdır ki, nə tərtibçilər və naşirlər, nə də bu mahnını təqdim edən ermənilər “Sarı gəlin” anlayışının etimologiyası ilə tanış olmamışlar. “Sarı gəlin” sadəcə sarışın saçlı, nurlu, parlaq gəlin deyil, həm də onun gizli mənası vardır. Azərbaycan dilində “gəlin” “gəlmək” felindən yaranmışdır, “sarı” isə “bizə doğru”, deməli, “bizə doğru gələn gəlin” deməkdir. Beləliklə də, “Avropa musiqi toplusu”nda erməniləşdirilmiş “Sarı gəlin” “Sarı rəngli gəlin” kimi qalmışdır. Hələ onu demirik ki, bənzərsiz “neylim-neylim” nəqarəti (“mən nə edim?” mənasında) bu nəşrdə latın hərflərində Azərbaycan dilində saxlanmışdır. Hər bir azərbaycanlıya aydın olan bu sözlərin mənası erməni plaqiatçılar üçün əlçatmaz olmuşdur. Onu da qeyd etmək lazımdır ki, erməni musiqisinin banisi Komitasın bu mahnının adını erməniləşdirmək cəhdləri əbəs olmuşdur. Ermənilər bu mahnını Azərbaycan orijinalında olduğu kimi “Sarı gəlin” adı ilə təqdim edir və oxuyurlar”, – məlumatda deyilir.

Qeyd edilib ki, Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsəməsi ilə bağlı hər bir fakt Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq izlənilir, araşdırılır və mənimsənilən mahnıların müəlliflərinin və ya onların vərəsələrinin pozulmuş müəlliflik hüquqlarının bərpasına köməklik göstərilir: “Hər bir fakt üzrə Agentlikdə araşdırmalar aparılaraq, tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, mediada yayılır”.

Previous Post

Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Next Post

Baş prokuror Pirallahıda vətəndaşları qəbul edib

Bənzər yazılar

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

23 Sentyabr 2026 - 12:27

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçirilir. Nazirlikdən Elchi.az-a...

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

18 Sentyabr 2026 - 18:53

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. APA xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı...

Dərbənddə bu teatra Maqomayevin adı verildi

Dərbənddə bu teatra Maqomayevin adı verildi

18 Sentyabr 2026 - 17:39

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib. Elchi.az APA-ya istinadla xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor...

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

17 Sentyabr 2026 - 15:30

18-20 sentyabr 2026-cı il tarixlərində Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək. Elchi.az xəbər verir ki, qurultay XVIII Üzeyir Hacıbəyli...

Next Post
Baş prokuror Pirallahıda vətəndaşları qəbul edib

Baş prokuror Pirallahıda vətəndaşları qəbul edib

KİV: ABŞ Trinidad və Tobaqo sahilləri yaxınlığında “Olina” tankerini ələ keçirmə əməliyyatı aparır

KİV: ABŞ Trinidad və Tobaqo sahilləri yaxınlığında "Olina" tankerini ələ keçirmə əməliyyatı aparır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

23 Sentyabr 2026 - 22:55
Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

23 Sentyabr 2026 - 22:52
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

23 Sentyabr 2026 - 22:50
Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

23 Sentyabr 2026 - 22:04
Qazaxda açıq ərazidə yanğın baş verib

Qazaxda açıq ərazidə yanğın baş verib

23 Sentyabr 2026 - 22:03
Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33
Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.