Ağdamda iki mərtəbəli evdə yanğın olub.
Elchi.az Teleqraf-a istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun Əfətli kəndinə baş verib.
Kənd sakini Əsədov Akif Mehdiqulu oğluna məxsus iki mərtəbəli yaşayış evində yanğın başlayıb.
Yanğın zamanı evin 2 otağı və şüşəbənd hissəsi əşyaları ilə birlikdə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam və Ağcabədi rayonlarının yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.
Yanğınsöndürən əməkdaşları baş verən yanğının söndürərək yaşayış evinin digər otaqlarına keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma başlanıb.


.jpg)

.jpg)




















