Ağ Ev İsveçin martın 7-də rəsmi olaraq Şimali Atlantika Alyansına üzv olacağını təsdiqləyib.
Elchi.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
ABŞ prezidenti Co Baydenin administrasiyasının bəyanatında deyilir : “İsveç 2024-cü il martın 7-də rəsmi olaraq NATO alyansına qoşularaq onun 32-ci müttəfiqi olur”.
Martın 6-da Baş nazir Ulf Kristersson və xarici işlər naziri Tobias Billström Vaşinqtona səfər ediblər.
“Dagens Nyheter” nəşri bunun yaxın günlərdə ABŞ-ın İsveçin NATO-ya rəsmi üzvlüyünü elan edəcəyinə işarə ola biləcəyini vurğulayıb.
Nuranə Məmmədova