Ağ Ev İsrailə hərbi təchizatı artıracaq. Elchi.az “Politico”ya istinadən yazır ki, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.
“Təyyarələr artıq havaya qalxıb”- deyə o, jurnalistlərə bildirib. ABŞ-ın İsrailə hava hücumundan müdafiə sistemləri və sursat göndərəcəyi də qeyd edilir.
Qeyd edək ki, Müdafiə Nazirliyi ABŞ Mərkəzi Komandanlığı da daxil olmaqla, bütün əməliyyatları üzrə çalışdığı bildirilir.
Havar Şəfiyeva