“Aeroflot” şirkətlər qrupu Macarıstan, Kipr, İsveç, Norveç, Danimarka və Belçikada 12 daşınmaz əmlak satışı elanını təqdim edib.
Elchi.az RBC-yə istinadən xəbər verir ki, bu barədə “Aviatorshchina” layihəsi məlumat yayıb.
Ən bahalı obyekt Kiprin Larnaka şəhərində çoxmənzilli yaşayış binasıdır, sahəsi 2072 kvadratmetr torpaq sahəsidir. Onun bazar dəyəri 1,9 milyon avrodur.
“Obyekt Larnakanın Skala bölgəsində, dənizin və Psarolimano limanının bilavasitə yaxınlığında (təxminən 300 m) yerləşir. Kastela çimərliyi təxminən 500 m məsafədədir. Obyektin ən yaxın ətrafı yaşayış, sosial və turizm infrastrukturları ilə təmsil olunur”, – məlumatda deyilir.
Digər bahalı mülklər arasında Osloda sahəsi 79,5 kvadratmetr və qiyməti 905 min avro olan üç otaqlı mənzil, həmçinin Budapeştdə 463 min avroluq ofis var.
Xatırladaq ki, 2022-ci ilin yazında sanksiyalara görə “Aeroflot” Avropaya uçuşları dayandırmışdı.
Yeganə