Hitler qara dərili sevgilisi Kutinqa ilə ölənədək birgə, xoşbəxt yaşayıb
Alman faşizminin lideri Adolf Hitler haqqında yeni iddialar ortaya atılıb. Lent.az-ın məlumatına görə, idda olunur ki, 1945-ci ildə Hitler Berlində intihar etməyib və qaçmağı bacarıb. Bununla bağlı dərc olunmuş kitabda maraqlı versiya və fotolar yayılıb. Bildirilir ki, Hitler əvvəlcə Argentinaya, sonra isə Paraquvaya gedib və 95 yaşında ölüb.
Adolf Hitler ölkələrdə Adolf Leypsik adı ilə yaşayıb. Hamı onu “qoca alman” kimi tanıyıb və belə çağırıb. Hitlerin qara dərili sevgilisi Kutinqa ilə ölənədək birgə, xoşbəxt yaşadığı da kitabda qeyd olunur.
Kitabda Hitlerin Cənubi Amerikadakı həyatı ilə bağlı bəzi fotolar da dərc edilib.