NATO ölkələrinin Baş Qərargah rəisləri Ukraynanı dəstəklədiklərini təsdiqləyiblər.
Elchi.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone “X” sosial şəbəkəsində bildirib.
“Biz Ukraynaya dəstəyimizi təsdiqləmişik. Prioritet ədalətli, davamlı və uzunmüddətli sülhün bərqərar olması olmalıdır”, – hərbi lider qeyd edib.
İclas fövqəladə videokonfrans formatında keçirilib. Lakin Kiyevə hərbi yardımın göstərilməsi , təhlükəsizlik təminatı və ya qüvvələrin yerləşdirilməsi ilə bağlı konkret qərarlar qəbul edilməyib.
Bundan əvvəl məlum olub ki, alyansın hərbi kontingentinin Ukrayna ərazisinə yerləşdirilməsi ilə bağlı NATO müttəfiqləri arasında fikir ayrılığı var.
Nuranə Məmmədova

















