Abşeronda yaşayış binasında yanğın başladı

40

Abşeronda altımərtəbəli yaşayış binasında yanğın başlayıb.

Elchi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, FHN-in 112″ qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.