ABŞ Federal Aviasiya Administrasiyası Vaşinqtonda partlayış səslərini şərh edərək, Virciniya ştatında Cessna Citation biznes-jetinin qəzaya uğradığını bildirib. Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
Bir gün əvvəl Amerika paytaxtının sakinləri gurultu səslərini eşitdiklərini bildirib. Vaşinqtondakı yanğın və daxili təhlükəsizlik rəsmiləri isə şəhərdə hər hansı insidentlə bağlı xəbərləri təkzib edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ hakimiyyəti Pentaqonun yaxınlığında partlayışla bağlı xəbərləri təkzib etmişdi.
Havar Şəfiyeva