2022-ci ildə ABŞ və Çin arasında xarici ticarətin həcmi 690,59 milyard dollara yüksələrək tarixi rekorda imza atıb.
Elchi.az bu barədə “Vedomosti” ABŞ İqtisadi Təhlil Bürosunun (BEA) məlumatlarına istinadən xəbər verir.
Ötən il Çin ABŞ-a 536,75 milyard dollarlıq məhsul ixrac edib, Amerika mallarının idxalı isə 153,84 milyard dollar təşkil edib.
Bundan əvvəlki rekord 2018-ci ildə qeydə alınıb. Çin hazırda ABŞ-ın Kanada və Meksikadan sonra üçüncü ən böyük ticarət tərəfdaşıdır.
Ümumilikdə ABŞ-ın bütün xarici ticarətində Çinin payı 13 faiz təşkil edir.
Yeganə