ABŞ və Çin liderləri ilk dəfə üz-üzə görüşəcək

45

Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Cinpin sabah 15-16 noyabrda İndoneziyanın Bali adasında keçiriləcək G20 Sammiti çərçivəsində görüşəcəklər.
Qlobal güc rəqabətinin və ABŞ və Çin arasında gərginliyin artdığı dövrə təsadüf edən görüş Baydenin vəzifəyə başlamasından sonra iki liderin ilk üz-üzə görüşü olacaq.
Görüşdə liderlərin Tayvan, insan haqları, iqtisadi rəqabət, Ukrayna müharibəsi və Rusiyaya münasibət, həmçinin Şimali Koreya və nüvə silahı ilə bağlı müzakirələr aparması, gərginlik mənbəyi olan münaqişələrdə öz “qırmızı xətlərini” ortaya qoyması gözlənilir.

Şayəstə