ABŞ-ın Ukraynaya top mərmiləri, minaatan mərmiləri, hava-yer raketləri və sursat daxil olmaqla, təxminən 300 milyon dollarlıq əlavə hərbi yardım göndərəcəyi bildirilib.
Elchi.az xəbər verir ki, ABŞ rəsmiləri bildiriblər ki, təxminən 300 milyon dollarlıq hərbi yardım paketinə təyyarələrdən atılan idarə olunmayan raketlər olan Hydra-70 raketləri də daxildir.
Hələlik yardım paketi rəsmi olaraq açıqlanmadığı üçün adının açıqlanmasını istəməyən səlahiyyətlilər, göndəriləcək sursatların hamısının Pentaqonun ehtiyatlarından təmin ediləcəyini bildiriblər.
Ukraynanın daxili işlər naziri İqor Klimenko dünən bəyan edib ki, Rusiyanı Ukrayna ərazisindən çıxarmaq üçün hazırlıqlar davam edir və əks-hücum üçün 8 yeni briqada yaradılıb.
Şayəstə Hüseynova