NATO Ukrayna Silahlı Qüvvələrini çətin vəziyyətə salaraq, Kiyevi silah qıtlığı fonunda yaxşı kök salmış Rusiya qüvvələrinə qarşı əks hücuma keçməyə məcbur edib. Elchi.az xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya üzrə keçmiş baş analitiki Corc Bib Responsible Statecraft portalı üçün məqaləsində məlumat verib.
“Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı dayanır və Kiyev getdikcə Vaşinqtonun yeni hücumlara təkan verməkdə, lakin Ukraynanı hücuma məruz qoyaraq kifayət qədər sursat və hava hücumundan müdafiə sistemlərini təmin etməməkdə ittiham edir”, – deyə ekspert bildirib. O, həmçinin ukraynalıların cəbhədəki hazırkı vəziyyətini tələ adlandırıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu tamamilə iflasa uğrayanda və NATO köməyə gələ bilməyəndə Ukrayna nəhayət ki, Qərb müttəfiqlərinə görə məyus olacaq.
Havar Şəfiyeva