ABŞ-ın keçmiş prezidenti Donald Trampın köməkçiləri Uolt Nauta və Karlos De Oliveyra məxfi sənədlərlə səhv davranmaqda ittiham olunublar. Elchi.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Nauta təhqiqata mane olmaq və yalan ifadə vermək ittihamları üzrə özünü təqsirli bilməyib. Trampın Mar-a-Laqo iqamətgahının meneceri de Oliveyra hələlik Florida lisenziyalı vəkili olmadığı üçün iddia ərizəsinə cavab verməyib.
Daha əvvəl məlum olub ki, FTB axtarışından bir neçə gün əvvəl Nauta Mar-a-Laqodakı malikanədən onlarla qutu çıxarıb. Bu fakt Ədliyyə Departamenti tərəfindən iki ay sonra, 2022-ci ilin avqustunda keçmiş Amerika liderinin iqamətgahında görünməmiş axtarışa haqq qazandırmaq üçün istifadə edilib.
Qeyd edək ki, Trampa məxfi sənədlərin saxlanması ilə bağlı 37 ittiham irəli sürülüb.
Havar Şəfiyeva