ABŞ Ukraynada dini azadlıqlarla bağlı problemləri tanıyıb

57

Vaşinqton Ukraynada dini azadlıqların pozulması problemini diqqətlə izləyir və onların həlli üçün səylər göstərir. Elchi. az RİA Novostiyə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib.

“Dini etiqad azadlığı insan hüququdur. Və biz onu təmin etməyə diqqət yetirmişik… İstər problem olan Ukraynada baş verənləri izləyirik, istərsə də din azadlığı ilə bağlı problemlərin ola biləcəyi Afrikanı izləyirik. Bizim diqqət etdiyimiz, İnsan Hüquqları Şurasının nəzarət etdiyi və hər dəfə pozuntuları görəndə etdiyimiz budur”, – daimi nümayəndə etiraf edib.

Havar Şəfiyeva