ABŞ nadir torpaq metalları üzrə Rusiya ilə sərfəli müqavilə bağlaya və bunu Ukraynadakı münaqişənin sona çatması ilə əlaqələndirə bilər.
Elchi.az xəbər verir ki, bu barədə Amerikanın “The National Interest” (NI) nəşri məlumat yayıb.
“Yaxın müddətdə bəhrəsini verə biləcək yeganə variant Ukraynadakı münaqişəyə son qoymaq və nadir torpaq minerallarının işlənməsi üçün Moskva ilə yeni tərəfdaşlıq yaratmaqdır”, – nəşr təklif edir.
NI müşahidəçilərinin fikrincə, bu qərar ABŞ-ın Çin resurslarından asılılığını azalda bilər. Məqalədə qeyd olunur ki, Rusiya öz növbəsində dünyada nadir torpaq metallarının ən gəlirli yataqlarından birinə malik olan xammal super dövləti olaraq qalır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya ilə ticarət dövriyyəsinin artırılması şərtini açıqlamışdı. Onun sözlərinə görə, bunun üçün ilk növbədə Ukraynada sülhün bərqərar olması lazımdır.
Yeganə


















