ABŞ: Suriyaya qarşı sanksiyaları tez bir zamanda aradan qaldırmağa çalışırıq

🗓 23.05.2025 10:09 ✍️ "Elçi" qəzeti
ABŞ: Suriyaya qarşı sanksiyaları tez bir zamanda aradan qaldırmağa çalışırıq
ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce, Suriyaya qarşı sanksiyaların aradan qaldırılması üçün intensiv şəkildə çalışdıqlarını ifadə edərək, "Konkret bir tarix vermədən deyə bilərəm ki, bu, öyrəşdiyimizdən daha tez və əlbəttə ki, daha sürətli ediləcək" deyib. Elchi.az xəbər verir ki, Bruce keçirdiyi mətbuat konfransında ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaların ləğvi prosesi ilə bağlı qiymətləndirmələr aparıb. Bruce, ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı açıq mövqe nümayiş etdirdiyini ifadə edərək, "Açıq şəkildə prezident vaxtın çatdığına qərar verdi. Mən bilirəm ki, bu mövzuda dərhal işə başlayan və hazırda bunun üzərində çalışan bir komanda var". ifadəsini işlətdi. Prezidentdən göstəriş gəlsə belə, bir ölkəyə qarşı sanksiyaların aradan qaldırılmasının müəyyən vaxt tələb etdiyini vurğulayan Brüs bu prosesdə həm Xarici İşlər, həm də Xəzinə nazirliklərinin intensiv işlədiyini qeyd edib. "(Müvafiq qurumlar) Prezidentin necə işlədiyindən xəbərdardırlar, ona görə də işlər mümkün qədər tez baş verməlidir. Konkret bir tarix vermədən deyə bilərəm ki, bu, bizim öyrəşdiyimizdən daha tez və əlbəttə ki, daha tez həyata keçiriləcək", - ABŞ sözçüsü bildirib. Şayəstə Hüseynova

Bənzər yazılar