ABŞ Ədliyyə Nazirliyi, Prezident Donald Trampın və İran rəsmilərinin İrandakı müharibə ilə bağlı mühüm bəyanatlarından az əvvəl neft bazarında həyata keçirilmiş bir sıra ticarət əməliyyatlarını araşdırır.
Elchi.az xəbər verir ki, bu barədə cümə axşamı mənbələrə istinadən “ABC News” telekanalı məlumat yayıb.
ABC-nin məlumatına görə, federal müstəntiqlər və Əmtəə Fyuçersləri Ticarət Komissiyası (CFTC) ümumi məbləği 2,6 milyard dollardan çox olan ən azı dörd əməliyyatı tədqiq edir. Bu əməliyyatlar çərçivəsində, sonradan kotirovkaların həqiqətən də düşməsinə səbəb olan mühüm ictimai bəyanatlardan bir qədər əvvəl neft qiymətlərinin azalacağına dair mərclər edilib.
Məlumatda deyilir ki, əməliyyatlar ABŞ-ın İrana ehtimal olunan zərbələrinin təxirə salınması, atəşkəs rejiminin uzadılması və Hörmüz boğazının açıq qalacağı barədə xəbərlər ərəfəsində bağlanıb.
Məryəm





















