ABŞ Rusiyaya xəbərdarlıq edib

135

Amerika hakimiyyəti Rusiya tərəfini ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevə gedəcəyi barədə əvvəlcədən məlumatlandırıb.

Elchi.az RİA.ru-ya istinadən xəbər verir ki, bu barədə sentyabrın 6-da məlumatlı diplomatik mənbə bildirib.

“Vaşinqton Blinkenin Kiyev səyahəti barədə Moskvanı əvvəlcədən məlumatlandırıb”,-deyə mənbə qeyd edib.

Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada Tədqiqatları İnstitutunun baş elmi işçisi Vladimir Vasilyev bir müddət əvvəl Blinkenin Ukraynanın yay əks-hücumları nəticəsində yaranan vəziyyəti həll etmək üçün təcili olaraq Ukrayna paytaxtına gəldiyi barədə fikir bildirib.

Yeganə