Vaşinqton öz müttəfiqləri ilə bu cür hərəkətlərə reaksiyanı müzakirə etməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiyanın 2023-cü ilin martında neft hasilatını azaltmaq planları ilə bağlı xəbərləri şərh edib.
Kirbi, Moskvanın bu şəkildə enerjidən silah kimi istifadə etmək niyyətində olduğunu bildirərək, “Bu addımın doğru olduğu təsdiqlənərsə, böyük sürpriz olmayacaq” dedi.
Onun sözlərinə görə, Vaşinqton müttəfiqləri ilə Rusiya Federasiyasının bu cür hərəkətlərinə reaksiyanı müzakirə etməyi planlaşdırır. Xüsusilə, ABŞ Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə əlaqə saxlamağa hazırlaşır.
Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya 2023-cü ilin martında neft hasilatını sutkada 500 min barel azaldacaq. Onun sözlərinə görə, qərar Rusiyanın enerji resurslarına qiymət tavanının tətbiqi qərarını dəstəkləyən ölkələrə neftin satışından imtina ilə bağlıdır.
Xatırladaq ki, 2023-cü il fevralın 1-də prezident Vladimir Putinin Rusiya Federasiyasında G7 ölkələri və Avropa İttifaqı tərəfindən tətbiq edilən Rusiya neftinin qiymətlərinin yuxarı həddi ilə bağlı xüsusi tədbirlər haqqında fərmanı rəsmən qüvvəyə minib. Bu sənədə görə, neftin tədarükü üzrə müqavilələrdə qiymət tavanı müəyyən olunarsa, onun satışı tam qadağa altına düşür. Neftin qiymət tavanı altında ixracı yalnız prezidentin icazəsi ilə həyata keçirilə bilər.
Şayəstə