ABŞ: “Rusiya lazım gələrsə, Odessanı da ala bilər”

101

Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor bildirib ki, Rusiya lazım gələrsə, Ukraynadakı münaqişəyə son qoymaq üçün Odessanı da götürməyə qadirdir. Elchi.az xəbər verir ki, o bu barədə açıqlamanı “YouTube” kanalında paylaşıb.
“Ruslar ukraynalılara qarşı çox ehtiyatla hərəkət edir, ümid edir ki, sağlam düşüncəli biri gəlib münaqişəyə son qoymaq üçün danışıqlar aparacaq. Onlar Kiyevə qədər irəliləyəcək, cənubda çayı keçəcək və Odessanı azad edəcəklər, çünki alternativ yoxdur ” – deyə Makqreqor bildirib.
O, həmçinin əlavə edib ki, Kiyev bu cür manevrlərdən sonra danışıqlardan imtina edərsə, rus qoşunlarının Polşa və Rumıniya sərhədlərinə doğru irəliləməkdən başqa yolu qalmayacaq.

Havar Şəfiyeva