“The Washington Post” qəzeti Amerika administrasiyasındakı mənbələrə istinadən yazır ki, ABŞ Qərbin sanksiyalarından yayınmaqda Rusiyaya yardım etdiyi iddiası ilə Qırğızıstana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
Məhdudlaşdırıcı tədbirlər artıq iyul ayında Bişkekə tətbiq oluna bilər. Mənbələr vasitələrin konkret nə olduğunu açıqlamasalar da, daha əvvəl də oxşar hallarda sanksiyaların tətbiq edildiyini xatırladıblar.
Qəzet qeyd edir ki, Rusiyanın Ukraynaya silahlı təcavüzü və ondan sonrakı sanksiyalardan sonra Rusiya ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi artıb. Qırğızıstanın ABŞ-dakı səfirliyi əmin edib ki, Bişkek qeyri-qanuni ticarətlə mübarizəyə ciddi sadiqdir.
Yeganə