ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Evin rəsmi saytında miqrasiya siyasətinə və Meksika ilə sərhədin möhkəmləndirilməsinə həsr olunmuş onlayn oyunlar yerləşdirib.
Elchi.az xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.
“İlan” stilində hazırlanmış oyunların birində istifadəçilərə Rio-Qrandeni keçən miqrantları tutmaq təklif olunur. “Tetris”i xatırladan digər oyunda isə “Gəlməkdə olan qoşundan sərhədi qoru” yazısının altında sərhəd divarı tikmək lazımdır. Daha bir oyun isə “Tramp hesabı”nı — 2025–2028-ci illərdə anadan olmuş ABŞ vətəndaşlığı olan uşaqlar üçün dövlət investisiya hesablarını doldurmaq üçün pul kisələrini tutmağı təklif edir.
Ağ Evdən bildirilib ki, bu yolla prezidentin nailiyyətləri haqqında vətəndaşlara daha anlaşıqlı formatda məlumat verməyə çalışırlar. Hüquq müdafiəçiləri isə təşəbbüsü kəskin tənqid edərək hakimiyyətin “öz fəaliyyətini videoyuna çevirdiyini” bəyan ediblər.
Miqrasiya siyasəti Tramp administrasiyasının əsas fəaliyyət istiqamətlərindən biri olaraq qalır. ABŞ hakimiyyətinin məlumatına görə, Meksika ilə sərhəddə çəpərin tikintisinin 2027-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Məryəm





















