ABŞ Qəzzanın şimalına humanitar yardım göndərir

🗓 26.04.2024 11:18 ✍️ "Elçi" qəzeti
ABŞ Qəzzanın şimalına humanitar yardım göndərir

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qəzzanın şimalına 25 mindən çox qidaya bərabər humanitar yardım göndərdiklərini açıqlayıb. Elchi.az xəbər verir ki, CENTCOM-un X sosial media platformasında edilən açıqlamada, bildirilib ki, Qəzzada mülki əhalinin əsas ehtiyaclarını qarşılamaq məqsədilə dünən yerli vaxtla saat 12.15-də bölgənin şimalına “C-130” tipli hərbi təyyarələrlə havadan humanitar yardımların atılması əməliyyatı həyata keçirilib. Açıqlamada əməliyyat zamanı 25 mindən çox yeməyə uyğun gələn qidanın havadan atıldığı və bu çərçivədə ABŞ-ın indiyədək 1082 ton humanitar yardım etdiyi bildirilib. Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ havadan humanitar yardım göstərməyə davam edəcək. CENTCOM aprelin 24-də Qəzzanın şimalına təxminən 30,016 yeməyə bərabər olan humanitar yardımı havadan buraxdıqlarını açıqlayıb. Şayəstə Hüseynova

Bənzər yazılar