ABŞ ordusu Hörmüz boğazında İranın hücum imkanlarını zəiflətmək üçün başladılan 9-cu hücum dalğasının başa çatdığını elan etdi.
Elchi.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-da yerləşən bir şirkətin sosial media hesabı vasitəsilə İrana edilən son hücumla bağlı açıqlama verdi.
Bəyanatda qeyd olunur ki, İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə və mülki dənizçilərə hücum etmək qabiliyyətini zəiflətmək məqsədi daşıyan 9-cu hava hücumları dalğası başa çatıb.
Bəyanatda İranın hərbi imkanlarını zəiflətmək səylərinin davam edəcəyi bildirilir və CENTCOM qüvvələrinin bölgədə xidmətə hazır olduğu vurğulanır.
Bəyanatda əlavə olunur ki, ABŞ hücumlarının 9-cu gecəsində İran hərbi komandanlıq mərkəzləri, rabitə şəbəkələri, sahil müşahidə və hava hücumundan müdafiə qurğuları, dəniz qüvvələri, raket və pilotsuz təyyarə bazaları hədəfə alınıb.
Şayəstə





















