Ukraynanın Baş naziri Sergiy Koretsky, Qvineya-Bisau bayrağı altında üzən yük gəmisinin 18 heyət üzvündən beşinin Ukraynanın Odessa sahillərində Rusiyanın hücumu nəticəsində öldüyünü açıqladı.
Elchi.az xəbər verir ki, Rusiya Ukraynanın Odessa sahillərində üzən yük gəmisinə hücum etdi.
Ukraynanın Baş naziri Sergiy Koretsky, Qərbi Afrika ölkəsi Qvineya-Bisau bayrağı altında üzən gəminin qarğıdalı yükünü yüklədikdən sonra limanı tərk etdiyini və Hindistan, Suriya və Ukrayna vətəndaşlarından ibarət 18 nəfərlik heyətə sahib olduğunu bildirdi.
Koretsky, hücum zamanı gəmidə böyük bir yanğın baş verdiyini və Ukrayna Hərbi Dəniz Qüvvələrinin xilasetmə əməliyyatlarına başladığını və ikisinin yaralandığı səkkiz dənizçini uğurla xilas etdiyini bildirdi. Koretsky əlavə etdi ki, beş dənizçi hələ də itkin düşüb. Baş nazir qeyd etdi ki, xilasetmə qrupları ikinci hücum riski səbəbindən hadisə yerindən tez bir zamanda ayrılıblar, lakin gəmidə yanğınsöndürmə işləri davam edir.
Şayəstə





















