Vaşinqton və Manila Amerika hərbçilərinin Filippindəki bir neçə hərbi bazaya genişlənmiş giriş hüququna dair ilkin razılığa gəliblər.
Elchi.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşrdə qeyd edilib:
“ABŞ ordusu Filippindəki mühüm hərbi bazalara geniş giriş əldə edəcək”.
Söhbət xüsusən Luzon adasındakı iki obyektdən gedir. Lakin Amerika tərəfinin onlardan necə istifadə edəcəyi dəqiqləşdirilməyib.
Məqalədə analitiklərin qiymətləndirmələri təqdim olunub:
“Bu addım ABŞ qüvvələrinə Tayvanda və ya Cənubi Çin dənizində münaqişə baş verəcəyi təqdirdə əməliyyatlar aparmaq üçün strateji mövqe təmin edə bilər. Vaşinqtonun hərəkətləri ABŞ-ın Hind-Sakit okean regionunda qüvvələrini gücləndirmək, ittifaqları gücləndirmək və Çini cilovlamaq məqsədi daşıyır”.
Qəzetin yazdığına görə, son bir neçə ayda Amerika tərəfi Filippində bir neçə obyektə baxıb və onlardan ən azı ikisini seçib. Ehtimal olunur ki, sözügedən razılaşmalar artıq bu həftə ABŞ-ın müdafiə naziri Llyod Austin filippinli həmkarı Karlito Qalvez və ölkə prezidenti Ferdinand Markos ilə görüşündə açıqlana bilər.
Qəzet qeyd edib ki, ABŞ hazırda Filippində beş hərbi bazadan istifadə edə bilər. Mövcud razılaşmalara əsasən, ABŞ hərbi personalı transfer əsasında razılaşdırılmış obyektlərdə yerləşdirilə bilər.
Yeganə