ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığı 2026-cı ildə Strateji Hücum Silahları Müqaviləsi müddətinin başa çatması ilə əlaqədar ölkənin nüvə qüvvələrinin kadrlarla təmin edilməsi məsələsini öyrənmək qərarına gəlib. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Onun sözlərinə görə, Vaşinqton gələcəkdə müxtəlif çağırışların öhdəsindən gəlmək üçün kifayət qədər gücün olub-olmadığını başa düşməlidir.
Bundan əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-la silahlara nəzarət sahəsində əməkdaşlığın miqyasını qiymətləndirib. Diplomat bildirib ki, ölkələr vaxtaşırı silahlara nəzarət mövzusunda qiymətləndirmələr mübadiləsi aparır, lakin bu sahədə ABŞ-ın təşəbbüsü ilə kəsilmiş tam hüquqlu sistemli dialoq yoxdur.
Havar Şəfiyeva