ABŞ dövlət katibi Entoni Blinken Rusiyada casusluqda ittiham olunan amerikalı Pol Uilanla telefon danışığı aparıb. Elchi.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Diplomatik dairələrdəki bir kanal mənbəsi bildirib ki, Blinken Uilanı sadiq qalmağa çağırıb və onu əmin edib ki, Amerika hakimiyyəti onu vətəninə qaytarmaq üçün hər cür səy göstərir.
Qeyd olunur ki, bu, ABŞ dövlət katibi ilə Uilan arasında dörd il ərzində ikinci telefon danışığı olubDaha əvvəl Blinken bildirib ki, ABŞ və Rusiya arasında fikir ayrılıqlarına baxmayaraq, tərəflər “The Wall Street Journal” jurnalisti Evan Qerşkoviç və casusluqda ittiham olunan keçmiş dəniz piyadası Pol Uilanın geri qaytarılması üzərində işi davam etdirirlər.
Havar Şəfiyeva