Respublikaçılar və Demokratlar arasında Meksika miqrasiyası ilə bağlı daxili fikir ayrılıqları səbəbindən ABŞ Konqresinin qanunvericiləri Milad tətilindən əvvəl Ukraynaya təcili yardım paketinin təqdim edilməsi ilə bağlı problemləri müzakirə edə bilmədilər, buna görə də hər iki tərəfin müzakirəçiləri dinləmələri 2024-cü ilin yanvarına qədər təxirə salmağa qərar verib. Elchi.az xəbər verir ki, bu barədə Financial Times yazır.
“Əsas nəticə ondan ibarətdir ki, həm demokratlar, həm də respublikaçılar başa düşürlər ki, Amerikanın rifahını qoruyan və Qərb dünyasını təhlükəsiz saxlayan qanunvericiliyin qəbulu üçün hələ çox iş görülməlidir. Məqsədimiz yanvar ayında işə qayıdan kimi bu məsələləri həll etməkdir”, – deyə ABŞ Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumer bildirib.
Qeyd edək ki, bundan əvvəl məlum olub ki, Avropa İttifaqı (Aİ) ölkələrinin 100-dən çox rəsmisi ABŞ Konqresinə Ukraynaya gələcək hərbi yardımı təsdiq etməyi xahiş edən məktub göndərməyi planlaşdırır. Bildirilir ki, müraciəti İtaliya da daxil olmaqla 17 ölkənin rəsmiləri imzalayıb.
Havar Şəfiyeva