ABŞ Konqresindəki 14 demokrat və respublikaçıdan ibarət qrup Co Baydeni dördüncü nəsil F-16 çoxfunksiyalı yüngül qırıcıların Kiyevə çatdırılmasına icazə verməyə çağırıb. Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.
“Müttəfiqlərimizin Ukraynaya tankların verilməsində ilkin tərəddüdlərinə görə gördüyümüz kimi, ABŞ rəhbərliyi Kiyevi əlavə resurslar və yeni vəsaitlə təmin etməkdə kritik rol oynayır”, – konqresmen tərəfindən koordinasiya edilmiş qanunvericilərin Ağ Evə məktubunda deyilir.
Xatırladaq ki, daha əvvəl Politico xəbər vermişdi ki, Bayden administrasiyası silahlı qüvvələrin maraqlarına uyğun olaraq Amerika F-16 qırıcılarının tədarükü ilə bağlı müsbət qərarın alınması üçün Vaşinqtona təzyiq göstərən Avropa hökumətləri, xüsusilə Britaniya və Almaniya tərəfindən genişmiqyaslı kampaniya ilə üz-üzədir.
Havar Şəfiyeva